Həzrət Ayətullah Hacı Şeyx Əli Lənkərani Mühacir Tehran şəhərində anadan olub. O, Ayətullah Şeyx Hüseyn Lənkəraninin oğlu və Ayətullah Mücahid Hacı Mirzə Əhməd Şirvani Lənkəraninin nəvəsidir. Şeyx Əlinin babası XIX əsrin tanınmış alimlərindən olub.

Əli Lənkərani Mühacir mədrəsə dərslərini atasından və Tehranın başqa alimlərindən öyrənib. Alim daha sonra Nəcəf şəhərinə səfər edib, burada bir sıra alimlərdən dərs alıb, əsasən də Ayətullah əl-Üzma Mirzə Həbibullah Rəştinin elmindən bəhrələnib. Burada ali müctəhidlik məqamına çatdıqdan sonra Əli Lənkərani Tehrana qayıdıb. Burada Şeyx Əli Tehranın məşhur alimlərindən birinə çevrilib.

Həzrət Ayətullah Hacı Şeyx Əli Lənkərani Mühacir 1926-cı ildə vəfat edib.

Mənbə: 

  1. Adil Mövlayi. Qafqazda elm dünyasının ulduzları. Bakı-2013.