Məscid Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Kərimbəyli kəndində yerləşir. İbadətgahın bünövrəsi 1991-ci ildə qoyulub. İbadət evi yerli əhalinin və kənd sakini Faiq Rzayevin şəxsi vəsaiti hesabına tikilib. Məscidin layihəsinin müəllifi və ustası İldırım Cəfərovdur.

İbadətgah kərpicdən inşa edilib. İbadət evinin tavanı 15 sütun üzərində dayanır. Məscidin ön tərəfində tağvari formada dörd pəncərə və bir giriş qapısı yerləşir. İbadətgah pərdə arakəsmə ilə iki hissəyə bölünüb: qadınlar və kişilər şöbəsi.

Məscidin iki günbəzi və bir minarəsi var. Onların üstündə aypara rəmzi quraşdırılıb.

İbadət evinin günbəzi kərpiclə işlənib.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.