Səudiyyə Ərəbistanı Məscidul-Həramda süni intellekt tətbiq edir. Bu barədə İslamNews-a istinadən Sirat.az xəbər verir.
Məscidə gətirilən yeni robotlar istifadəçinin istəyi ilə Quran oxuyur, həmçinin onlar imamlar, müəzzinlər, onların iş qrafikləri, məsciddə keçirilən moizələr haqqında məlumat verir.
“Bu, iki müqəddəs məsciddə ağıllı robotların tətbiqi və “Smart Haram” layihəsinin həyata keçirilməsi üzrə genişmiqyaslı strategiyanın bir hissəsidir”, – deyə iki müqəddəs məscidin rəhbəri Şeyx Əbdürrəhman əl-Sudais bildirib.
Son aylarda Məscidul-Həramda təkcə ərazini dezinfeksiya etmək üçün deyil, İslam haqqında məlumatlar vermək üçün də robotlar tətbiq olunur.