İranın İraqla sərhədindəki Şələmçə məntəqəsinin dayanacağında Ərbəin zəvvarlarının park edilmiş avtomobillərinin şəkilləri paylaşılıb. Bu barədə İRNA-ya istinadən Sirat.az xəbər verir.

Şələmçə sərhədindəki dayanacaq 50 hektar sahədən ibarətdir. Burada, həmçinin əlavə 30 hektar ərazi də yerləşir.

Səfər ayının əvvəlindən Şələmçə sərhədindən İraq ərazisinə 585 min zəvvar keçib. Onlardan 29 mini xarici ölkə vətəndaşları olub.