Sentyabrın 12-də 830 min zəvvar Kərbəla ziyarətini yerinə yetirib, ölkələrinə qayıdıb. Bu barədə SalamNews-a istinadən Sirat.az xəbər verib.
Məlumata görə, zəvvarlar İraqı İran sərhədindən tərk ediblər. Ümumiyyətlə, son günlər Kərbəla zəvvarları ziyarətlərini bitirib geri dönürlər. Belə ki, İran-İraq sərhədində yaşanan sıxlıq da məhz İraqda zəvvar sayının çox olması ilə əlaqəlidir.
İranın Ərbəin ziyarətinin təşkili idarəsinin sədri Seyid Mirəhmədi də vətəndaşlarını İraq ərazısində çox qalmamağa çağırıb.
Qeyd edək ki, Kərbəla valisinin sözlərinə görə, bu il İraqa təqribən üç milyon xarici zəvvar daxil olub.