Əldə olunan məlumata əsasən, Əjdərbəy məscidinin keçmiş axundu Şeyx Cavid Məmmədov vəzifəsinə qaytarılıb. Bu barədə sentyabrın 12-si Sirat.az xəbər verir.

İlahiyyatçı çoxdandır axundluq etməsə də, məsciddə dini ayinləri icra edirdi.

Sentyabrın 8-də isə Şeyx Cavidin vəzifəsindən uzaqlaşdırılması haqda xəbərlər yayılmışdır və bu, dindarların narazılığına səbəb olmuşdur.