Xristian ölkəsində ilk dəfə müsəlman qadın pilot olub. Bu barədə İQNA xəbər verib.

Əl-Səba adlı qadın pilot olmağı uşaqlıqdan arzu edib. Müsəlman qadının sözlərinə görə, onun gözləri həmişə səmada idi və təyyarələrə marağı daim  artırdı.

Əl-Səba avqustun 25-i uçuş imtahanından keçib və avqustun 29-u lisenziya alaraq Yamaykanın ilk müsəlman qadın pilotu olub.

“Ümid edirəm ki, digərlərini də ruhlandırdım. Öz nailiyyətimlə fəxr edirəm və ümid edirəm ki, öz xalqıma arzuların gerçəkləşdiyini göstərə biləcəyəm“, – deyə o bildirib.

Əl-Səba qeyd edib ki, onun növbəti arzusu kommersiya lisenziyası əldə etmək və aviaşirkətlərdə uçuşlar həyata keçirməkdir.