Filippinin Banqsamoro bölgəsindən olan 5 yaşlı əl-Hafiz Məhəmməd Əbdül-Muhəymin Kamponq Quranı tam əzbərləyib. Bu barədə Shafaqna-ya istinadən Sirat.az xəbər verir.

Məlumata görə uşağın müəllimi onun atası olub. Uşağın atası bildirib ki, həyat yoldaşı hamilə olarkən o həmişə onun üçün Quran oxuyub.

Həyat yoldaşım hamiləliyinin 6-cı ayında olanda mən onun qarnının yanında yuxudan öncə və yuxu zamanı, həmçinin o, yuxudan oyanarkən Quran oxuyurdum. Bu, yoldaşım onu dünyaya gətirənədək vərdişə çevrilmişdi“, – deyə o bildirib.

Uşaq bir az böyüyənə qədər kimsə onun yanında Quran oxumayınca yuxuya getmirdi. Onun 3 yaşı olanda onun artıq Bəqərə və Ali-İmran surələrini əzbərdən oxuya bildiyini öyrənəndə təəccüblənmişdim“, – deyə o əlavə edib.