Məscid Gəncə şəhərinin təqribən 7 km aralığında, Qədim Gəncə xarabalığlarında, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunda olan İmamzadə kompleksində yerləşir.
Burada olan türbənin üzərində üç günbəzli hündür məscid binası inşa edilmişdir. Bu ibadət evinin sağ hissəsi qadınlar, sol hissəsi isə kişilər şöbəsidir. Həmçinin türbənin yerləşdiyi binanın içərisindən bu şöbələrə girişlər mövcuddur. Məscid binasının iki minarəsi var.
Sadıq Şükürovun “Gəncənin tarixi abidələrindən” kitabında yazılıb: “Bu abidənin baş, böyük günbəzi memarlığına, naxışına, bəzəyinə görə Gəncənin günbəzli abidələrinin tarixində ən zərif sənət nümunəsidir”. Mərkəzi günbəz özünün quruluşu, ölçüləri baxımından digərlərindən fərqlənir. Onun hündürlüyü 14,7 metrə çatır.
2010-2016-cı illərdə kompleksdə, həmçinin məsciddə təmir və bərpa işləri aparılıb.
Gəncə şəhər İmamzadə kompleksi ölkə əhəmiyyətli abidə hesab edilir.
Mənbələr:
- Sadıq Şükürov. Gəncənin tarixi abidələrindən. Gəncə-1998.
- www.dqdk.gov.az
- www.mct.gov.az