Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Roma Papası ilə görüşəcək. Bu barədə Report-a istinadən Sirat.az xəbər verir.

Məlumata görə, bu görüş Şeyxülislamın Qazaxıstana səfəri çərçivəsində keçiriləcək.

Qeyd edək ki, sentyabrın 14-15-də Nur-Sultan şəhərində Dünya və Ənənəvi Din Liderlərinin VII Qurultayı təşkil olunacaq. Allahşükür Paşazadə bu tədbirdə iştirak etmək üçün sentyabrın 12-si Qazaxıstana yola düşəcək.