Sentyabrın 8-də İraqın Kərbəla şəhərində vəhdət namazı qılınıb. Müxtəlif İslam məzhəblərindən olan alimlər zöhr və əsr namazlarını birlikdə qılıblar. Bu barədə ziyarətgahın mətbuat xidmətinə istinadən Sirat.az xəbər verib.
Məlumata görə, qılınan namazda əhli-sünnə və şiə alimləri birlikdə iştirak ediblər. Namaz Ayətullah Sistaninin nümayəndəsi Şeyx Əbdül Mehdi Əl-Kərbəlainin imaməti ilə qılınıb.
Bundan əlavə, əhli-sünnə alimlərinin Ərbəin ziyarətində iştirak edəcəyi də bildirilib.
Bu il Ərbəin günü sentyabrın 17-də qeyd ediləcək. Ziyarətə 20 milyon zəvvarın qatılacağı gözlənilir.