Kərbəlada – İmam Hüseyn (ə.s) hərəmində yeni meydanın tikintisi başa çatmaq üzrədir. Bu barədə avqustun 8-də ziyarətgahın mətbuat xidmətinə istinadən Sirat.az xəbər verir.
Məlumata görə, sözügedən meydan Ərbəin zəvvarlarının yerləşdirilməsi üçün inşa edilir. Hərəmin yeni həyəti Xanım Zeynəbin (s.ə) adını daşıyır və 25 min kvadratmetr sahəyə malikdir.
Bu ilin iyun ayında Həzrət Əbəlfəzlin (ə.s) hərəmində də genişləndirmə işlərinə başlanılıb. Ziyarətgahda 27 min kvadratmetrdən artıq sahədə tikinti işləri aparılır.