Bu il Nəcəfdən Kərbəlaya doğru olan Ərbəin yürüşlərində 5 milyonadək zəvvarın iştirak edəcəyi gözlənilir. Bu barədə avqustun 8-də shia-news-ə istinadən Sirat.az xəbər verib.
Məlumata görə, hazırda yürüşə 2,5 milyon insanın qatılması üçün qeydiyyat aparılıb. Növbəti günlərdə isə bu rəqəmin 4-5 milyonadək artacağı gözlənilir.
Sentyabrın 3-də İraqın Təhlükəsizlik Komitəsi Ərbəin mərasimində təqribən 20 milyon zəvvarın iştirak edəcəyini açıqlayıb. Bu il İmam Hüseynin (ə.s) şəhadətinin 40-cı günü sentyabrın 17-nə təsadüf edəcək.