Molla Səfər Axund İbrahim oğlu 1871-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub.
O, Ərkivan qəsəbəsində mollaxanada oxuyub. Daha sonra orta təhsilini Ərdəbil şəhərində, ali təhsilini isə Nəcəf şəhərində alıb.
Molla Səfər Axund İbrahim oğlu 24 ildən artıq təhsilə sərf etmişdir. Sonra o, Masallıya qayıdır və Ərkivanın Göllü məhəlləsinin mollası olmuşdur. Həmin zaman din xadimi onlarca tələbəyə ibtidai dini təhsil vermişdir.
Molla Səfər Axund bolşeviklərin hakimiyyətə gələn dövrdə müxtəlif böhtan və təqiblərə məruz qalmışdır. Ona görə də o, 1920-ci ildə İrana köçməyə məcbur olmuşdur.
Molla Səfər Axund 1959-cu ildə İranda vəfat edib və Ərkivanın Abaslı qəbiristanlığında dəfn olunub.
Mənbələr:
- Abdurrəhman Səmədov. Ərkivan salnaməsi. Bakı-2009.
- https://masallida.az/216-6-erkiven-qesebesihtml.html