Ərbəin yürüşü və ziyarətinin təhlükəsizliyini və rahatlığını təmin etmək üçün Nəcəfdə bir həftəlik tətil elan edilib. Bu haqda Sirat.az sentyabrın 7-də Alsumaria-ya istinadən xəbər verir.

Bu barədə Nəcəf əyalətinin valisi Macid əl-Vaili bəyanat verib.

Bildirilib ki, Ərbəin ziyarətinin təhlükəsizliyi və rahatlığının təmin edilməsi, habelə zəvvarların rahat daşınması üçün Nəcəfdə sentyabrın 11-dən 18-ə qədər qeyri-iş günü olacaq.

Qeyd edək ki, zəvvarlar səfər ayının ortalarından başlayaraq Nəcəfdən Kərbəlaya olan 80 kilometrlik yolu piyada qət edəcəklər. Bu il İmamın (ə.s) şəhadətinin 40-cı günü sentyabrın 17-nə təsadüf edəcək.