Fars körfəzi bölgəsindəki ərəb ölkələri Netflix-dən İslami və sosial dəyərləri təhqir edən məzmunu silməyi xahiş ediblər. Bu haqda sentyabrın 7-də Sirat.az Shianews-a istinadən xəbər verir.

Məzmunun Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Oman, Qətər və Küveytin daxil olduğu Körfəz Əməkdaşlıq Şurasında media qaydalarına zidd olduğu bildirilib. Ərəb ölkələri Netflix-i təhqiredici məzmunu yayımlamağa davam edəcəyi təqdirdə “hüquqi tədbir görüləcəyi” ilə hədələyib.

BƏƏ bir neçə gün öncə Netflix məzmunu ilə bağlı oxşar bəyanat yayaraq, platformanın yaxın günlərdə nə yayımladığını izləyəcəyini və ölkədə yayıma nəzarət öhdəliyini qiymətləndirəcəyini söyləyib.

Qeyd edək ki, əksəriyyəti müsəlman olan bir çox ölkələrdə eynicinsli münasibətlər kriminallaşdırılır və bu cür əlaqələri əks etdirən filmlər həmin ölkələrin qanunvericiləri tərəfindən qadağan edilir. Eyni zamanda ədəbsiz və ya narkotik istifadə edən təsvirli filmlər də senzuraya məruz qalır.