Rusiyanın “Utair” aviaşirkəti yemək menyusunu yeniləyib. Artıq menyuya halal yeməklər də daxil edilib. Bu haqda Sirat.az sentyabrın 6-da İslamnews-a istinadən xəbər verir.
Bildirilib ki, menyuda əlavə olaraq makaronlu halal toyuq olacaq.
Sərnişinlər bilet alarkən və uçuşa qeydiyyatdan keçərkən utair.ru saytında uçuş üçün yemək sifariş edə bilərlər.
Hazırda “Utair” Rusiya daxilində 100-dən çox istiqamətə uçuşlar həyata keçirir. Xarici ölkələrdən isə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Özbəkistan, Tacikistan və Türkiyənin şəhərlərinə uçuşlar həyata keçirilir.