Molla Məhəmməd Axund Molla Həsən oğlu 1872-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub.
O, ibtidai dini təhsilini atası Molla Həsəndən və kəndin molla məktəbində almışdır. Daha sonra Molla Məhəmməd Ərdəbildəki mədrəsədə 5 il oxumuşdur. Orada o, ərəb və fars dillərini öyrəndikdən sonra Nəcəfdə ali ruhani məktəbinə daxil olmuşdur.
Molla Məhəmməd mədrəsə və ali ruhani təhsili almağa ömrünün 25 ilini sərf etmişdir. O, 1915-ci ildə Nəcəf şəhərindən Ərkivan qəsəbəsinə qayıtmışdır. Daha sonra Məhəmməd Axund Ramazanlı məhəlləsindəki məsciddə baş molla kimi fəaliyyət göstərmişdir.
Molla Məhəmməd Axund Göllü məhəlləsində öz evinin yaxınlığında məscid binasını camaatının köməyi ilə inşa etdirmişdir.
1930-cu ildə axund məclislərdə tənqidlərə məruz qalmışdır.
1937-ci ildə Molla Məhəmməd Axund “xalq düşməni” damğası ilə həbs olunur və güllələnir, onun evi isə evi müsadirə edilir.
Mənbələr:
- Abdurrəhman Səmədov. Ərkivan salnaməsi. Bakı-2009.