Türkiyədə görmə məhdudiyyətli Hülya Tonbul gözləri görən tələbələrə Brayl şrifti ilə Qurani-Kərimi oxumağı öyrədir. Bu barədə sentyabrın 6-da Sirat.az Shafaqna-ya istinadən xəbər verir.

30 yaşlı Hülya Tonbul həm də Quran hafizidir. O, bu məqama 21 yaşında ikən nail olub. Onun müəllimi də özü kimi görmə məhdudiyyətli olub.

Hülya xanım bildirib ki, müqəddəs kitabın əzbərlənməsi çətin olub. “Mənim şagirdlərimdən ikisi artıq Quranın əzbərlənməsini başa çatdırıb. Mənim şagirdlərim mənim kimi görmə məhdudiyyətli deyillər, onlar görə bilirlər. Lakin Quranı Brayl şrifti ilə öyrənən tələbələr görmə qabiliyyəti məhdud olan şəxsləri öyrətmək imkanı əldə edirlər“, – deyə o əlavə edib.