Fransanın şimalında məscid tamamilə yanıb. Bu barədə Sirat.az sentyabrın 6-da Shiawaves-ə istinadən xəbər verir.

Səlahiyyətli şəxslər Rambuye şəhərindəki məsciddə baş verən yanğının qəsdən törədildiyindən şübhələnirlər. Ölkənin daxili işlər naziri Jerald Darmanin tvitində yanğının səbəbləri ilə bağlı araşdırmalara başlandığını qeyd edib.

Hazırda məscid yenidən tikilənə qədər bölgədəki müsəlmanların namaz qılmasına imkan verəcək bir həllə nail olmaq məqsədilə müzakirələr aparılır.

Məscid 2009-cu ildə həmin ərazidə yaşayan müsəlman icmasının istəyi ilə Rambuye bələdiyyəsi tərəfindən müvəqqəti ayrılmış ərazidə tikilib.

Qeyd edək ki, Fransada son bir il ərzində bir neçə məscidə hücum edilib, bəziləri yandırılıb.