Bu gün, sentyabrın 6-da İraqın Nəqliyyat Nazirliyi Ərbəin zamanı 20 qatarın xidmət göstərəcəyini açıqlayıb. Bu haqda Sirat.az Shiawaves-ə istinadən xəbər verir.

Qatarlar üç istiqamət üzrə hərəkət edəcək. Birinci istiqamət Bağdaddan müqəddəs Kərbəlaya, ikinci istiqamət Suq əl-Şuyux, Nasiriyə və Divaniyyədən müqəddəs Kərbəlaya, üçüncü istiqamət isə Bəsrədən müqəddəs Kərbəlaya və geriyə gedən yollardır.

“Ziyarətçilərə ən yaxşı xidmət göstərmək üçün heyət daim stansiyalarda olacaq. Səyahətçiləri dəmir yolu əmlakına diqqət yetirməyə çağırıq, çünki bu qatarlar hamıya xidmət etmək üçün işləyir”, – deyə nazirlikdən bildirilib.

Bildirilib ki, qatarların bəziləri Fransa, Çin və Türkiyə istehsalıdır.Qeyd edək ki, bu il Ərbəin ziyarəti zamanı 20 milyon zəvvarın iştirakı gözlənilir.