Ərbəin zəvvarları Kərbəlaya yola düşməzdən əvvəl İmam Əlinin (ə.s) hərəmini ziyarət edəcəklər. Bu səbəbdən hərəmdə hazırlıqlar görülür.

Bu haqda sentyabrın 5-də Sirat.az hərəmin mətbuat xidmətinə istinadən xəbər verir.

Ziyarətçilərin qəbul və yerləşdirilməsi üçün yeni yerlər açılıb.  Belə ki, Fatimənin (s.ə) hərəmi dörd mərtəbəsinin hər birində 10 min ziyarətçi qəbul edə bilər. Burada yeni yerlər xalça ilə örtülmüşdür.

Hər mərtəbə 30 min litrdən çox təmiz su anbarı ilə təmin olunmaqla yanaşı, ziyarətçilərin çantalarını və kiçik seyflərini qəbul etmək üçün yerlər də var.

Plana, həmçinin hərəmdə sağlamlıq kompleksinin açılmaşı daxildir.