Qafqaz məntəqəsinin alimlərindən və ali məqamlı fəqihlərindən biri Həzrət Ayətullah Şeyx Əbdülqəffar Qubai 1850-ci ildə Lənkəran şəhərində anadan olub.
O, 1870-ci ildə Nəcəf şəhərinə yollanır. Şeyx Əbdülqəffar orada Ayətullah əl-Üzma Seyid Hüseyn Kuhkəməri, Ayətullah əl-Üzma Mövla Məhəmməd Fazil İrəvani, Ayətullah əl-Üzma Mirzə Həbibullah Rəşti, Ayətullah əl-Üzma Şeyx Məhəmməd Həsən Mamaqani kimi alimlərdən dərs alıb.
Nəcəfdə təhsilini bitirdikdən sonra, o, Quba şəhərində məskunlaşır. Orada elmi-dini fəaliyyətlə məşğul olur.
Həzrət Ayətullah Şeyx Əbdülqəffar Qubai 1917-1919-cu illər arasında dünyasını dəyişib və Quba şəhər qəbiristanlığında dəfn olunub.
Mənbə:
- Adil Mövlayi. Qafqazda elm dünyasının ulduzları. Bakı-2013.