Nəcəfdən Kərbəlaya piyada getmək üç gün iki gecə çəkir. Bu səbəbdən zəvvarlar bütün təhlükəsizlik və sağlamlıq tövsiyələrinə əməl etməlidirlər. Bu barədə Sirat.az sentyabrın 5-də ShiaNews-a istinadən məlumat yayır.

Məsləhətlər:

  • Rahat ayaqqabı geyinilməlidir. Gəzintiyə başlamazdan əvvəl ayaq barmaqlar sarğı ilə sarılmalıdır. Bir neçə gün əvvəl ayaqlara xına çəkilməlidir ki, artıq nəmi udsun və qabarcıqlar əmələ gəlməsin;
  • Cib telefonunu götürmək məsləhət görülür. Onların enerji ilə təminatı üçün stansiyalar var;
  • Pasportlar və digər sənədlər unudulmamalıdır;
  • Bel çantasından istifadə olunmalı, əl çantası götürməkdən çəkinilməlidir;
  • Gecə hərəkət etmək planlaşdırılmırsa, gün batmazdan əvvəl marşrut boyunca yatmaq üçün yer seçilməlidir;
  • Müəyyən bir dərman istifadə edilirsə, ondan kifayət qədər götürülməlidir. Ağrıkəsici, qusma əleyhinə dərman, tibbi maska, antiseptiklər, sarğılar götürmək məsləhətdir;
  • Marşrutun əvvəlindən sərin və rahat paltar geyinmək, alt paltarı və çarşafla birlikdə boş və sərin paltardan ibarət çanta götürmək də vacibdir.

Əlavə məlumatlar:

  • Səyahətdə xidmətlər pulsuzdur. Sərhədə və Nəcəfə geri qayıtmaq xərclərindən başqa pul ödənilmir. Ancaq İraq valyutasından istifadə olunur;
  • Bəzi kortejlər pulsuz dərzi xidmətləri göstərir;
  • Yolda hər cür yeməklər var və pulsuzdur. Zəvvarlar özləri ilə ancaq quru meyvələr və yüngül şeylər götürə bilərlər;
  • Əgər zəvvar piyada gedə bilmirsə, yolda olan avtomobillərdən istifadə edərək yolun qalan hissəsini avtomobillə qət edə bilər;
  • Yolun başlanğıcından yolun sonuna qədər istirahət yerləri mövcuddur.