Ərbəin yürüşü zamanı zəvvarların bir sıra dərmanlardan istifadəsi qadağandır. Bu barədə sentyabrın 5-də Sirat.az Shianews-a istinadən xəbər verir.

Belə ki, psixoaktiv dərmanlar, narkotik tərkibli dərmanlar və yuxu həbləri daşına bilinməz. Əgər kimsə bu dərmanları tibbi səbəblərdən qəbul edirsə, həkimə müraciət etməli və dozanı tənzimləməlidir.

İraqın daxili qanunlarına əsasən, zəvvarların tramadol, metadon, morfin, diazepam, petidin, hidromorfin, flurazepam, klonazepam, oksazepam və buprenorfinin daşıması cinayət sayılır.

Vitaminlər, şəkərli diabet və təzyiq üçün dərmanlar, kodein olmayan ağrıkəsicilər və s. qadağan deyil və daşınmasında problem yoxdur.