Mol­la Əli Hacı Mə­həm­mə­də­li oğ­lu Ərkivani 1880-ci il­də Masallı rayonunun Ər­ki­van qəsəbəsində ana­dan ol­ub.

O, ilk di­ni təh­si­li­ni rüha­ni ata­sı Mol­la Mə­həm­mə­də­li Axund­dan al­mış­dır. Or­ta ru­ha­ni təh­si­li aldıqdan so­nra Ərkivani Nəc­əf­də ali ru­ha­ni mək­tə­binə da­xil olmuşdur. Oradan qayıdan alim Ər­ki­vanda Qı­zı­laküçə mə­həl­lə­sin­də­ki mə­sci­din mol­la­sı ol­muş­dur. Mol­la Əli mə­həl­lə­də gənc­lə­rin sa­vad­lan­ma­sı üçün mə­d­rə­sə açıb, on­la­ra dərs de­miş­dir.

Din xadimi ata­sın­dan qal­ma su di­ngi və kər­pic kürə­lə­ri­ni iş­lə­dib, on­dan əl­də et­diyi gə­lir­lə həm ai­lə­si­ni do­lan­dır­mış, həm də xey­riyy­ə­çi ki­mi im­kan­sız­la­ra yar­dım et­miş­dir.

Sovet dövründə, 1938-ci il­də Mol­la Əli həbs edi­lir, onun əm­la­kı döv­lət tə­rə­fin­dən müsa­di­rə olun­ur. O, həmil il həb­sxa­na­da müəm­ma­lı şəkildə və­fat edir. Lakin ya­xın qo­hum­la­rı Ək­bər Məm­mə­dov və Rza­qu­lu Ab­di­no­vun mürac­i­ə­ti­nə bax­may­a­raq alimin cənazəsi onlara ve­ril­mir.

Mənbələr:

  1. Abdurrəhman Səmədov. Ərkivan salnaməsi. Bakı-2009.

https://masallida.az/216-6-erkiven-qesebesihtml.html