Həzrət Abbasın (ə.s) hərəminin həyətində İmam Cavadın (ə.s) adına olan otağın zirzəmisinin tavanına və divarlarına çilçıraqların quraşdırılması başa çatıb. Bu haqda Sirat.az hərəmin mətbuat xidmətinə istinadən xəbər verir.

Quraşdırılan çilçıraqların hündürlüyü 96, eni isə 81 santimetrdir. Onlar düzbucaqlı formalı yazıların ortasında quraşdırılıb. İçərisində 25 lampa var.

Bildirilib ki, İmam Cavadın (ə.s) zirzəmisindəki çilçıraqlar təbii büllurdan hazırlanıb.