Ərbəin uçuşları üçün bilet satışlarına başlanılıb. Bu barədə sentyabrın 3-də Sirat.az Shianews-a istinadən məlumat verir.

Belə ki, sentyabrın 15-dən 30-dək Tehran-Nəcəf marşrutu üzrə gediş-gəliş biletinin qiyməti 6 milyon tüməndir (təxminən 241 azn).

Məşhəd-Nəcəf-Məşhəd, Kirman-Nəcəf-Kirman, Yəzd-Nəcəf-Yəzd və Zahedan-Nəcəf-Zahedan marşrutları üzrə biletin qiyməti 7,6 milyon tüməndir (təxminən 305 azn).

Hər bir zəvvar üçün icazə verilən baqaj 30 kiloqramdır.

Qeyd edək ki, Bakıdan Nəcəfə aviabiletlərin qiyməti 793 manatdan başlayır.