Suriyanın paytaxtı Dəməşqdə Seyyidə Zeynəb əl-Kubra (s.) hərəmi səfər ayının əvvəlində çoxlu ziyarətçi axınına şahid olub. Bu haqda sentyabrın 2-də Sirat.az Shiawaves-ə istinadən xəbər yayır.

Ziyarətgaha bölgədən, İraqdan, İrandan və müxtəlif İslam və qeyri-islam ölkələrindən ziyarətçilər axın edir.

Hərəm İmam Hüseynin (ə.s) şəhadətinin faciəli ildönümündə Xanım Zeynəbə (s.ə) başsağlığı vermək üçün müxtəlif dini və matəm tədbirləri və əzadarlıq yürüşləri təşkil edir.

Həmçinin yas tutan kütləyə yemək, içki və istirahət xidmətləri göstərilir.

Qeyd edək ki, bu il İmam Hüseynin (ə.s) şəhadətinin 40-cı günü sentyabrın 17-nə təsadüf edəcək.