Həftəsonu Birmingemdəki ən böyük məscidlərdən biri koronavirus pandemiyasının başlamasından bəri ilk dəfə açıq qapı günü keçirəcək. Bu haqda sentyabrın 2-də Sirat.az Birminghammail-ə istinadən xəbər verir.
“Green Lane” məscidi bazar günü öz qapılarını ictimaiyyətin üzünə açacaq. Proqram saat 14:00-da başlanacaq və 18:00-a kimi davam edəcək.
Sonuncu dəfə Birmingemdə belə tədbirlər 2019-cu ildə, koronavirus pandemiyasından əvvəl keçirilib. Yüzlərlə vətəndaş müsəlman mədəniyyəti ilə tanış olmaq üçün məscidə gəlib.
Daha öncə İngiltərənin York şəhərində yerləşən məscid yerli əhalinin müsəlmanların həyat tərzi ilə tanış olmaları üçün açıq qapı günü keçirmişdi.