Bu gün, sentyabrın 1-də səhər saatlarında Tehrandan İraqın müqəddəs Kərbəla şəhərinə doğru qatar yola düşüb. Bu barədə Sirat.az Shiawaves-ə istinadən xəbər verir.
Avqustun 31-də İranın Yollar Nazirliyi Tehranla Kərbəla arasında ilk qatarın hərəkətə keçəcəyini elan etmişdi.
Ziyarətçilər qatarla Tehrandan Xürrəmşəhrə, avtobuslarla Şələmçe sərhəd-keçid məntəqəsindən Bəsrəyə daşınırlar. Sonra isə İraq dəmir yolları ilə Bəsrədən Kərbəlaya yola düşürlər.
Qeyd edək ki, qatar avqustun 31-də yola düşməli idi, lakin təxirə salınmışdı.