İraq Sərhəd Limanları İdarəsi İmam Hüseynin (ə.s) şəhadətinin qırxıncı gününə gələn ziyarətçilər üçün altı giriş nöqtəsi müəyyən edib. Bu barədə Sirat.az sentyabrın 1-də Shiawaves-a istinadən xəbər verir.
Ərbəin ziyarətçiləri İraqa Şələmcə, Zurbatiyyə, Əl-Şib, Bəndəriyah, Safvan sərhəd məntəqələrindən və Nəcəf Beynəlxalq Hava Limanından daxil ola biləcəklər.
Məlumata əsasən, ziyarətçilərin sayı saatda təxminən 1 000 və daha çox nəfərə çatır. Bu səbəbdən səfər bitənə qədər rəqəmləri müəyyən etmək çətindir.
Qeyd edək ki, Ərbəin zəvvarlarının limanlardan girişinin bərpa olunduğu avqustun 30-da elan edilib.
Bu il İmam Hüseynin (ə.s) şəhadətinin 40-cı günü sentyabrın 17-si qeyd ediləcək.