İmam Əli (ə.s) hərəmi imkansız ailələrə yardım göstərmək, onların ehtiyaclarını təmin etməkdə davam edir. Bu haqda hərəmin mətbuat xidmətinə istinadən Sirat.az xəbər verir.
Bir sıra imkansız ailələrin yaşayış yerlərinə lazımi məişət texnikası (kondisioner, qaz sobası, soyuducu və digər məişət əşyaları) çatdırılıb.
İmam Əli (ə.s) Mərkəzində qeydiyyatda olan 2 500 yetim və imkansız ailə var. Bu ailələrin ərzaq məhsulları və cərrahi əməliyyatlara, həmçinin məişət texnikası, əlillər üçün arabalara ehtiyacları var.