Cümə gününün böyük fəzilətləri var. İnsan zöhr namazı əvəzinə, cümə günü cümə namazı, və yaxud da hər iki namazı qıla bilər.
Cümə namazı iki rükətdən ibarətdir. Qılınma qaydası sübh namazı kimidir. Lakin fərq bundadır ki, namazda öncə xütbə oxunmalıdır və Həmd və surəsi uca səslə deyilməlidir.
Cümə namazın şərtləri:
Cümə namazı öz vaxtında qılınmalıdır. Bu namazın qılınma vaxtı zöhr azanından zöhrün əvvəl çağınadəkdir. Əgər insan cümə namazını bu vaxt ərzində qılmayaraq təxirə salarsa, cümə namazının vaxtı bitmişdir və zöhr namazı qılmalıdır.
Cümə namazı qılmaq üçün biri imam olmaqla ən azı beş müsəlman olmalıdır.
Cümə namazı camaat namazı kimi qılınmalıdır.
Cümə namazının niyyəti:
Cümə namazının niyyətini dilə gətirmək vacib deyil. Çünki insan namaza duranda artıq namazı qılmaq niyyətində olur. Lakin sözlə demək istəsə: “Cümə namazı qılıram qürbətən İləllah”,- deyə bilər.