Qafqazın alim və ruhanilərindən biri Ayətullah Şeyx Möhsün Əbdüssəməddin oğlu Astarai Lənkərani 1880-ci ildə Astaranın Ərçivan qəsəbəsində anadan olub.

O, ilk təhsilini atasından və məntəqənin ruhanilərindən alıb. Sonra Şeyx ali təhsil almaq üçün Ərdəbil şəhərinə yollanıb, burada Hacı Mir Saleh Müctəhid Ənvari, Ağa Seyid Mürtəza Xəlxali və başqa alimlərdən dərs alıb. Ruhani 1897-ci ildə Nəcəfə səfər edib və burada Mövla Məhəmməd Fazil Şərəbyani, Seyid Məhəmməd Kazim Təbatəbai Yəzdi, Axund Molla Məhəmməd Kazim Xorasani və digər alimlərin dərslərində iştirak edib. 1914-cü ildə Şeyx Möhsün Ərçivana qayıdıb.

1917-ci ildə bolşeviklər Şeyxin Ərçivanda nüfuza malik olduğunu anlayaraq, onunla mübarizəyə qalxdılar. Onlar Şeyx Möhsünün evinə hücum edərək, alimi ailəsi qarşısında faciəli şəkildə qətlə yetirdilər.

Mənbə: 

  1. Adil Mövlayi. Qafqazda elm dünyasının ulduzları. Bakı-2013