Britaniya Müsəlman Fondu “Who is Hussein” qanvermə aksiyası üzrə Ginnesin rekordunu yeniləməyi bacarıb. Bu barədə İslamnews-a istinadən Sirat.az xəbər verir.
İlk növbədə aksiya avropalılar arasında qan qruplarının nadir olduğu asiyalılara və qaradərililərə kömək məqsədi daşıyırdı.
“50 min litr qan toplayacağıq ki, bu da 150 min insanın həyatını xilas etmək üçün kifayət edəcək”, – deyə fondun nümayəndəsi bildirib.
Qeyd edək ki, aksiya şənbə günü başlayıb. Artıq bu aksiyada 28 ölkənin 350 şəhəri iştirak edib.