İmam Hüseyn (ə.s) hərəmi Bəsrədə yoxsullar üçün ümumi sahəsi 520 hektar olan mənzil layihəsini davam etdirir. Bu barədə avqustun 31-də hərəmin mətbuat xidmətinə istinadən Sirat.az xəbər verir.
Tikinti iki mərhələdə inşa edilir. Birinci mərhələyə 1000 yaşayış binasının inşası daxildir. İndiyə kimi 250 ev tikilib. Bir mənzilin ümumi sahəsi isə 150 kvadratmetr təşkil edir.
Bir mənzildə qonaq otağı və mətbəxdən əlavə, dörd yataq otağı, üç sanitar qovşağı var.
Qeyd edək ki, layihənin həyata keçirilməsində gündəlik 80 işçi çalışır.