Məscid Hacıqabul rayonunun Xilə məhəlləsində yerləşir. İbadətgah 1992-ci ildə yerli sakinlərin vəsaiti ilə inşa olub.

İbadət evi düzbucaqlı formadadır və mişar daşı ilə hörülüb. Məscidin bir neçə tağvari pəncərəsi var. İbadətgahın bir günbəzi mövcuddur. Minarələr də mişar daşı ilə tikilib. Məscidin qarşı tərəfində açıqşəkilli eyvan yerləşib.

Məndbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.