Həftənin hər gününün xüsusi bəyənilən zikrlər var. Onları oxumaq vacib deyil, müstəhəbdir.

Bazar ertəsi – “ya Qaziyəl-hacat” 100 dəfə (ey ehtiyacları yerinə yetirən).

Çərşənbə axşamı – “ya Ərhəmər-rahimin” 100 dəfə (ey rəhmlilərin ən rəhmlisi).

Çərşənbə – “ya Həyyu ya Qəyyum” 100 dəfə (ey hər kəsə həyat verən və hər kəsə dayanıqlıq bəxş edən).

Cümə axşamı – “la ilahə illəllahül-Məlikül-Həqqül-Mübin” 100 dəfə (hər şeyin maliki, haqq və hər şeyə aydınlıq bəxş edən Allahdan savayı məbud yoxdur).

Cümə – “Allahummə salli əla Mühəmmədin və ali-Mühəmməd və əccil fərəcəhum” 100 dəfə (İlahi, Sənin salavatın olsun Mühəmmədə və Onun nəslinə, İmam-zamanın zühurunu tezləşdir).

Şənbə – “ya Rəbbəl-aləmin” 100 dəfə (ey aləmlərin Rəbbi).

Bazar – “ya Zəl-cəlali vəl-ikram” 100 dəfə (ey cəlal və kəramət sahibi).