Banqladeşdə yerləşən məscid Kəbə şəklində olması səbəbindən “Beyt Əl-Mükərrəm” adlandırılır. Bu barədə avqustun 31-də Sirat.az məlumat yayır.

Məscid 1968-ci ildə Dəkkə şəhərində hökumət tərəfindən tikilib. 30 min nəfərlik tutumu olan bu məscid ibadət edənlərin sayına görə dünyada onuncu ən böyük məsciddir.

Ramazan ayında xüsusən sıxlıq olduğuna görə Banqladeş hökuməti məscidin ərazisini 40 min insanın ibadət edə bilməsi üçün genişləndirib.

Beyt Əl-Mükərrəm məscidinin binası 8 binadan ibarətdir və 30 metr hündürlükdə tikilib.

Həmçinin Məscidin dizaynında həddindən artıq bəzəklərin istifadəsinin qarşısı alınıb. Çünki minimalist oymadan istifadə müasir memarlıqda geniş istifadə olunan bir üsuldur.