Siqaret və qəlyan haqda alimlər arasında ixtilaflar mövcuddur. Ayətullah Sistaninin bu mövzu haqda hökmü belədir:
Siqaret və qəlyan çəkmək, gələcəkdə də olsa, insana nəzərə çarpacaq bir ziyan yetirəcəksə (bu nəzərə çarpacaq ziyanın mütləq, ya da ehtimala görə olacağından asılı olmayaraq), bu ziyandan aqil insanlarda qorxu (təhlükə hissi) yaranarsa, onu çəkmək haramdır. Lakin mühüm ziyandan onu az çəkməklə qorunmaq mümkün olarsa, eybi yoxdur.