Məscid Bakı şəhərində, Maştağa qəsəbəsinin mərkəzində yerləşir. İbadət evi 1708-ci ildə inşa olunub.
1841-ci ildə Maştağa qəsəbəsində zəlzələ baş vermişdi. Bu ərəfədə Bakıda olan rus səyyah İlya Berezin zəlzələdən sonra Maştağaya gedib. O, Cümə məscidinin dağıdılmasını bu cür təsvir edib: “Göz üçün maraqlı, ürək üçün ağrılı”.
Tarixdə qeyd olunur ki, məscid dəfələrlə sökülərək yenidən bərpa olunub.
İbadətgah kişi və qadın şöbələrindən ibərətdir. Qadınların ibadət zalı ikimərtəbəlidir. Məscidin iki qapısı və yeddi pəncərəsi var. İbadət evinin günbəzi 20 daş sütun üzərində dayanır və səkkiz pəncərəsi var. İbadətgahın tək minarəsi var. 1937-ci ildə məscidin minarəsi sökülüb. Sonradan ibadət evində yonulmuş sal daşlardan 46 metr hündürlüyündə minarə ucaldılıb.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- www.dqdk.gov.az
- Məscidlər – SABUNÇU RAYON Icra Hakimiyyəti (sabunchu-ih.gov.az)