Səfər ayı hicri təqviminin ikinci ayıdır. Bu il Səfər ayının birinci günü avqustun 29-na təsadüf edib. Bu barədə Sirat.az xəbər verir.

Səfər ayında İslam aləmində çox mühüm hadisələr baş vermişdir. O cümlədən Allah Rəsulunun (s) vəfatı da bu aya təsadüf edib.

Səfər ayının birinci günündə İslam dünyasında ilk daxili müharibələrdən olan Siffeyn döyüşü baş verib. Bu ayın üçündə İmam Muhəmməd Baqir (ə.s) dünyaya gəlib. Ayın yeddisində yeddinci İmam Museyi-Kazim (ə.s) dünyaya göz açıb.

Səfərin 20-də İmam Hüseyn (ə.s) və Kərbəla şəhidlərinin şəhadətinin qırxıncı günü (Ərbəin) kimi matəm saxlanılır.

Ayın 28-də isə Həzrət Məhəmməd Peyğəmbər (s) 63 yaşında vəfat edib. Həmin gündə İmam Həsən də (ə.s) şəhid edilib. Səfər ayının sonunda isə İmam Rza (ə.s) şəhid edilib.