İrəvan xanının nəticəsi Əmir Əli Sərdari İrəvanini ailə üzvləri ilə birlikdə Füzuli şəhər mərkəzinin və məscidin dağıntıları ilə tanış olublar. Bu barədə Report-a istinadən Sirat.az xəbər verir.
Qeyd edək ki, Əmir Əli Sərdari İrəvaninin və ailəsinin Qarabağa ilk səfəri işğaldan azad edilmiş Füzuli rayonundan başlayıb. Orada onlara mədəni və dini abidələr, postmüharibə dönəmində aparılan yenidənqurma və tikinti işləri barədə ətraflı məlumat verilib.