Avqustun 27-də “Who İs Hussain” (Hüseyn kimdir?) təşkilatı dünyada İmam Hüseyn (ə.s) adına ən böyük qanvermə aksiyası keçirməyi planlaşdırır. Bu barədə qurumun saytına istinadən Sirat.az xəbər verir.
Məlumata görə, aksiya “Global Blood Heroes” (Beynəlxalq qan qəhrəmanları) adı altında təşkil olunacaq. Tədbir nəticəsində 50 min donordan qan alınması gözlənilir. Bunun üçün təşkilat tərəfindən 6 qitənin 23 ölkəsində 350 tibb mərkəzi yaradılıb.
“Who İs Hussain” təşkilatı 2012-ci ildə Londondan olan gənclər tərəfindən yaradılıb. Fondun nümayəndələri dünyanın 60-dan çox şəhərində çalışırlar. Onlar həm ehtiyaclılara yardım edir, həm də İmam Hüseynin (ə.s) adını tanıtmaqla məşğuldurlar. Hər il məhərrəm ayında qurum xeyriyyə və qanvermə aksiyaları təşkil edir.