İraqın Bəsrə şəhərində Əhli Beyt (ə.s) xeyriyyə fondu tərəfindən ehtiyaclı ailələrə ərzaq yardımı edilib. Bu barədə avqustun 25-də shiawaves.com-a istinadən Sirat.az xəbər verib.
Aksiya məhərrəm ayı ilə əlaqədar təşkil olunub. Məlumata görə, yardım Bəsrənin 70 ailəsinə edilib. Ehsan paketlər 13 zəruri qida məhsulundan ibarətdir. Bundan əlavə, ailələrə pul yardımı da göstərilib.
Bundan öncə, iyunun 27-də İmam Əli (ə.s) hərəmi tərəfindən imkansız ailələrə maddi yardım göstərilib. Yardım 2 500 ailəyə göstərilib. Bu kampaniyanın həyata keçirilməsi üçün 810 milyon dinar (943 min manat) vəsait xərclənib.