Kərbəladakı ziyarətgahda xilasetmə tədbirləri başa çatıb. Bu barədə avqustun 24-də shiawaves-ə istinadən Sirat.az xəbər verib.

Məlumata görə, xilasetmə əməliyyatı 60 saatdan çox davam edib. Dağıntılar altından çıxarılan meyitlərlə birgə ölənlərin sayı ümumilikdə 8 nəfərə çatıb.

Avqustun 21-də Kərbəlada torpaq təpənin uçması yaxınlıqda yerləşən “Qitarat İmam Əli” ziyarətgahının tavanının zəvvarların üstünə aşması ilə nəticələnib.