Səudiyyə Ərəbistanında Məscidul-Həramın keçmiş imamı və xətibi Şeyx Saleh Ali Talib 10 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə İslamazeri-yə istinadən Sirat.az xəbər verir.

Bildirilir ki, 2018-ci ildə Şeyxin pisliyə qarşı mübarizə haqda dediyi xütbəsindən sonra, o həbs olunub. Apellyasiya Məhkəməsi ona qarşı irəli sürülən ittihamlardan bəraət qazandıran qərarını ləğv edərək onu 10 il həbs cəzasına məhkum edib.