Tilavət duası oxunan ayələrin Peyğəmbərə (s) və Əhli-Beytə (ə.s) xatir Allah tərəfindən qəbul edilməsi üçün duadır.

Oxunuş qaydası:

“İlahi! Binəbiyyin ərəbiyyin və rəsulin mədəniyy. Və əxihi əsədullahi musəmməm bi Əliyy. Və bi Zəhraə bətulin və bi ummi vələdətha. Və bisibtəyhi və şibləyli huma nəcluz zəkiyy. Və bi Səccadə və bil Baqiri vəs Sadiqi həqqa. Və bi Musa və Əliyyin və Təqiyyin və Nəqiyy. Və bizil Əskəriyy vəl huccətil Qaimi bil həqq. Əlləzi yəzribu bis səyfi bihukmin əzəliyy. Və ələyhim sələvati və səlami əlfa. Biləyalin və nəharin və ğədatin və əşiyy. Əcibil’anə duana və tərəhhəm huzərana. Vəqzi hacəti lənəl kullə ilahi binəbiyyi. Və təqəbbəl bi qəbulin həsənin rəbbi duana. Binəbiyyin və Əliyyin və vəliyyin və vəsiyy. Və səlli əla cəmil ənbiyai vəl mursəlin. Vəl həmdu lillahi rəbbil aləmin”.

Tərcüməsi:

“İlahi ərəb və mədinəli peyğəmbərə xatir, onun qardaşı Allahın aslanı Əliyə xatir, Batul Zəhraya və onu dünyaya gətirən anasına xatir, onun (Əlinin) iki kiçik övladına (Həsən və Hüseynə) xatir ki, onlar zəka sahibinin övladlarıdırlar, Səccada xatir, Baqirə xatir, haqq olan Sadiqə xatir, Əliyə, Təqiyə, Nəqiyə və Həsən Əskəriyə xatir, haqq olan və qılıncını çəkərək əbədi hökm sahibi olacaq Hüccətə xatir, onlara gecə – gündüz, səhər – axşam Allahın minlərlə salavatı olsun. (Bütün bu sadaladıqlarımıza xatir) bizim indicə dualarımızı qəbul elə, hüzurdə onlarla mərhəmət göstər, İlahi bütün hacətlərimizi peyğəmbərə xatir qəbul elə. Ən yaxşı qəbul ilə bizim dualarımızı peyğəmbərə, Əliyə və onun canişinlərinə xatir qəbul elə və öz salavat və salamını bütün peyğəmbərlərə göndər. Həmd və sitayiş yalnız aləmlərin Rəbbinə məxsusdur.”