İmam Səccadın (ə.s) şəhadətinin ildönümü ilə əlaqədar Həzrət Abbas (ə.s) hərəmində matəm mərasimi təşkil olunub. Bu barədə hərəmin mətbuat xidməti məlumatlandırıb.
Mərasim 5 gün davam edəcək. Məclisdə Həzrətin (ə.s) həyatı, o cümlədən onun məruz qaldığı sınaqlar haqda bəhs ediləcək.
Qeyd edək ki, tarixdə Həzrətin şəhadəti barədə bir neçə fərziyyə var. Onun məhərrəm ayının 12, 18 və ya 25-də şəhid olduğu bildirilir.